Qısa zaman ərzində Nail Azərbaycan Rəqs Assosiasiyasının keçirdiyi yarışlara qatılaraq dəfələrlə birincilik qazanır və həmçinin Kəpəz Kubokunun sahibi olur.

2018-ci ildə Azərbaycanda keçirilən Broadway Hekayəsi adlı tamaşada Nail rəqqaslardan biri olur və ilk böyük səhnə həyacanını burada yaşayır. Artıq 2019-cu ildən Nail Azərbaycanlı məhşur rəqqasə Fatimə Fətəliyevanın Banu rəqs studiyası ilə əməkdaşlığa başlayır və öz rəqs qrupunu yaradır. O müxtəlif dövlət tədbirlərində çıxış etməyə başlayır və qısa zamanda böyük kütlə tərəfindən sevilməyə başlayır. Pandemiya dövründən sonra Nail sosial şəbəkələrdən aktiv istifadə etməyə başlayır və orada müxtəlif rəqs videoları paylaşaraq izləyicilərin sevgisini qazanır.